Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Okt
2019
15:25
255

21
Okt
15:25



“Yun tədarükündə mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Yunəyrici-Boyaq Fabrikinin inzibati binasında “Yun tədarükündə mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

ASC-dən XeberOxu.Az-a verilən məlumata görə, Yunəyrici-Boyaq Fabrikinin, regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin məsul işçilərinin, yun tədarükçülərinin, xarici mütəxəssislərin iştirakı ilə keçirilən müşavirəni Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov açaraq bildirib ki, Prezident İlham Əliyevin qayğısı ilə xalçaçılıq sənəti yeni inkişaf dövrünə qədəm qoyub. Müasir Azərbaycan dövləti tarixi ənənəni bərpa edərək əl üsulu ilə, milli naxışlarla toxunan xalçaların şöhrətini özünə qaytarıb, onu yenidən beynəlxalq brendə çevirib. Bu istiqamətdə görülən işlər uğurla davam etdirilir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti ölkəmizdə fəaliyyət göstərən xalça istehsalı müəssisələrinin xammalla təmin edilməsi üçün də müvafiq tədbirlər həyata keçirib. Ölkə rəhbərinin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında 2017-ci ilin dekabr ayının 15-də təməli qoyulan Yunəyrici-Boyaq Fabrikinin tikintisi artıq başa çatdırılıb. Fabrikin 2020-ci ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulub. Bu müəssisədə ildə 1500 ton yun emal ediləcək. Fabrikin iplik istehsalı gücü birnövbəli iş rejimində ildə 250 tondur. Fabrikdə istehsal olunacaq iplik nəinki daxili tələbatı ödəyəcək, eyni zamanda ixrac imkanı da yaradacaqdır. Burada istehsal ediləcək təmiz yun isə xammal kimi satışa çıxarılacaq.

Bu fabriki xammalla Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında yaradılan regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri təmin edəcək. Regional məntəqələrin hər birində 300 ton olmaqla, ildə 1500 ton yun qəbul olunacaq. Tədarük edilən yunun bir kiloqramı üçün əlavə dəyər vergisi də daxil 2 manat müəyyənləşdirilib. Bu ilin may ayından tədarük məntəqələrində yun qəbulu həyata keçirilir.

Sentyabrın 25-dən isə Yunəyirici-Boyaq Fabrikində yunun qəbuluna başlanılıb. Sonra Yunəyrici-Boyaq Fabrikinin direktoru Cavid Səfərov, Bərdə, Sabirabad, Şabran, Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin rəisləri Rizvan Məmmədov, Aday Bəhərçinov, Əlihüseyn Şirinov, Əziz Əzizov çıxış edərək müzakirə olunan məsələ ilə əlaqədar məlumat veriblər.

Bildirilib ki, regional məntəqlərə indiyədək 213 ton yun tədarük olunub. Yunəyrici-Boyaq Fabrikinə Qobustan və Bərdə regional məntəqələrindən, ümumilikdə, 26 ton yun təhvil verilib. Yun tədarükü və yunun məntəqələrdə çeşidlənməsi işləri davam etdirilir.

Müşavirəyə yekun vuran İdarə Heyətinin sədri Vidadi Muradov deyib ki, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən “Əl ilə toxunmuş Azərbaycan xalçalarının texniki şərtləri” qəbul edilib. İlk dəfə qəbul olunan bu normativ sənəddə çeşidlənmiş çirkli yunun nəmlik itkisi barədə standart da öz əksini tapıb. Tədarük edilmiş çirkli yunun çeşidləndikdən sonra ümumi çəkisində baş verən nəmlik itkisi 20%-ə bərabərdir. “Azəxalça”nın regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinə qəbul edilmiş çirkli yunun çeşidləndikdən sonra Yunəyirici-Boyaq Fabrikinin xammal anbarına təhvil verilənədək saxlanılması zamanı baş verən nəmlik itkisi 3 faiz, çeşidlənmiş yunun fabrikin xammal anbarına qəbul edilib emal olunanadək saxlanılması zamanı baş verən nəmlik itkisi 17 faizdir. “Azərxalça” regional məntəqələrə və fabrikə yun qəbulunu bu texniki şərtə uyğun həyata keçirir.

Vidadi Muradov qarşıda duran vəzifələrdən danışaraq bir sıra tapşırıqlar verib. Qeyd olunub ki, mənqələrdən fabrikə daxil olan çeşidlənmiş yunun qəbuluna ciddi nəzarət edilməli, aşkarlanmış yararsız məhsulun geri qaytarılması təmin olunmalıdır. Fabrik müəssisənin qurulmasına və fəaliyyətinin təmin olunmasına cavabdeh xarici şirkətlə birlikdə mütəxəssislər hazırlamalı, bu zaman gənc kadrlara üstünlük verilməlidir. Regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrində yun qəbulu zamanı müəyyənləşdirilmiş standartların tələblərinə ciddi riayət edilməli, kəmiyyətə deyil, keyfiyyətə önəm verilməlidir. Regional məntəqələrdə kadr hazırlığı da diqqətdə saxlanılmalı, qısa zaman ərzində bu məqsədlə təşkil olunacaq kurslara cəlb ediləcək gənc kadrlar müəyyənləşdirilməlidir.
Tədarükçülər yun tədarükünü sürətləndirməli, iplik istehsalı üçün yararlı olan yunun alınmasına ciddi diqqət yetirməlidirlər.

Müşavirədə işdə buraxılan nöqsanlardan da danışılıb, Bərdə, Sabirabad və Şabran rayonlarındakı regional məntəqələrin rəislərinə xəbərdarlıq olunub.

Vidadi Muradov müşavirə iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda müşavirə iştirakçıları fabrikdə yun qəbulu prosesini izləyiblər.


Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq - Fond sədrindən AÇIQLAMA







Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır







Əlyazmalar İnstitutu işçi axtarır - Müsabiqə elan edildi







Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az