14 Fev
2020
11:55
553

14
Fev
11:55



Azərbaycanda interaktiv şəbəkələşmə sessiyası keçiriləcək

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə tərəfdaşlıq çərçivəsində vətəndaş cəmiyyəti təşkilatlarını, biznes və peşəkar assosiasiyaları və özəl sektor nümayəndələrini Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək adlı yeni təşəbbüs çərçivəsində USAID-lə çalışmaqda maraqlı olan tərəfdaşlar üçün 18 fevral 2020-ci il tarixində keçiriləcək sammitdə iştirak etməyə dəvət edir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Xeberoxu.az-a verilən məlumata görə, bu təşəbbüsün bir hissəsi olaraq USAID Azərbaycanın iqtisadiyyatı şaxələndirmək siyasətinə dəstək göstərmək üçün biznes və peşəkar assosiasiyaları gücləndirmək məqsədilə yerli tərəfdaşlardan ibarət konsorsiumun idarə etdiyi bir neçə layihələr hazırlamaq və maliyyələşdirmək niyyətindədir.

Bütöv gün keçiriləcək sammitdə KOBİA-nın sədri Orxan Məmmədov, USAID-in missiya direktoru Cey Sinqx və Azərbaycanda Amerika Ticarət Palatasının sədri Nuran Kərimov, habelə Azərbaycan, Türkiyə, Özbəkistan və ABŞ-dan olan biznes və peşəkar assosiasiyaların inkişafı üzrə ekspertlər çıxış edəcəklər, habelə USAID-lə iş prinsipləri ilə bağlı sessiya olacaq. Tədbirin sonunda bu təşəbbüs üzrə USAID-lə çalışmaqda ciddi olan yerli təşkilatların nümayəndələri üçün potensial layihə tərəfdaşları ilə tanış olmağa kömək etmək məqsədilə interaktiv şəbəkələşmə sessiyası keçiriləcək.

Maraqlı tərəflər cümə günü 14 fevral 23:59-dək aşağıdakı keçiddə qeydiyyatdan keçməlidirlər. İştirakı təsdiqlənmiş tərəflərlə 16 fevral bazar gününədək əlaqə saxlanılacaq: https://docs.google.com/forms/d/1HQNk2Za2FBMJV3u3i4IGxiJsUHFDhoyBLQ0-wDaXUd4/

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda sevgililər özlərini dənizə atdılar - Qız öldü - TƏFƏRRÜAT







Bakıda eve oğurluqa girən qadını iş başında tutuldu -Video (18+)







Sürücü diqqətsizliyi qəzanı qaçılmaz etdi - VİDEO







Bakıda gecə saatlarında qəzaya uğrayan avtomobil yandı (VİDEO)


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.