# EVDƏQAL
# EVDƏQAL



18 May
2020
21:22
14647

18
May
21:22



Azərbaycanda koronavirusa görə bu kəndlərə giriş-çıxış BAĞLANDI, XÜSUSİ POSTLAR

Lənkəranda xüsusi karantin rejimi zamanı tətbiq edilən qadağaların yüngülləşdirilməsi sakinlərin uzun müddətli intizarına son qoyub.

Lənkəranın 6 kəndində – Separadi, Vilvan, Şağlaser, Sütəmurdov, Şilavar və Boladi kəndlərində son günlər koronovirusa yoluxma halları müşahidə olunduğundan bu kəndlərin giriş-çıxışlarında nəzarət-buraxılış postları saxlanılıb. Təlimata uyğun olaraq yoxlamalar aparılır.

XeberOxu.Az “Report”a istinadla xəbər verir ki, iki ay müddətində yalnız zəruri hallarda evdən çıxmasına icazə verilən insanlar tədricən normal həyat ritminə qayıdır. Hər kəs öz işinin başına dönür. Uzun müddətdir ev şəraitində qaldıqdan sonra yaşı 65-dən çox olan insanlar da dincəlmək üçün park və istirahət guşələrinə üz tutur.

Azyaşlı uşaqlar isə hamıdan çox sevinir, onlar heç nə olmamış kimi öz əyləncələrinə davam edir.

Restoranlarda müştərilərin yerində qəbulu üçün işçilər təlimatlandırılıb. İctimai iaşə məkanları sosial izolyasiya qaydaları, bütün gigiyenik qaydaların gözlənilməsi üçün zəruri tədbirlər görür, dezinfeksiya işləri aparılır. Çay evlərində isə müştərilər əsasən açıq havada oturmağa üstünlük verirlər.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.