29 Iyun
2020
21:02
14404

29
Iyun
21:02



Azərbaycanda koronavirusa yoluxmanın bölgələr üzrə STATİSTİKASI açıqlandı

Azərbaycanda koronavirusa yoluxma faktlarının bölgələr üzrə statistikası açıqlanıb.

XeberOxu.Az-ın məlumatına görə, hazırda bölgələr üzrə ən çox yoluxma Abşeron rayonunda qeydə alınıb. Bu ərazidə yoluxma səviyyəsi ölkə üzrə ümumi yoluxmanın 15,8 faizini təşkil edir. Ümumi yoluxmanın 9,4 faizini Gəncə-Qazax zonası, 7,8 faizi Aran zonası, 6,1 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 1,6 faizi xaricdən gələnlərdir.

Hazırda ölkə üzrə yoluxma hallarının 1,7 faizi Quba-Xaçmaz, 1,4 faizi Şəki-Zaqatala, 1,2 faizi Yuxarı Qarabağ bölgəsində, 1,4 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Ölkə üzrə ən az yoluxma halı isə Naxçıvanda qeydə alınıb. Bu ərazidə yoluxma 0,3 faizdir.

Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir.

Xatırladaq ki, iyunun 29-na qədər Azərbaycanda 16 424 nəfər koronavirusa yoluxub. Onlardan 9 026 nəfər sağalıb, 198 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 7 200 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 468 min 967 nəfər üzərində koronavirus testi keçirilib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ölkədə saxta tibbi maskalar yayılıb







“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək







Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi







AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək -VİDEO


Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.