Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Avq
2019
20:36
750

20
Avq
20:36



Makronun xanımı işsizlərə dərs keçəcək

Fransa Prezidenti Emmanuel Makronun xanımı Bricit Makron təhsili olmayan böyüklər üçün məktəb açır.

Fransanın birinci xanımı həmin məktəbdə klassik ədəbiyyat və mədəniyyətdən dərs keçməyə hazırlaşır.

Layihə Peşəkar Məşğulluq İnstitutu adlanır. Onun baş sponsoru geyim və ətriyyat istehsalı ilə məşğul olan LVMH şirkəti olacaq. Məktəbin ilk binaları sentyabrda Parisin ətrafındakı Sen-Deni rayonunda açılacaq. Bu rayonda miqrantların və yerli işsiz əhalinin sayı üstünlük təşkil edir.

İkinci məktəb isə 2020-ci ildə Lion yaxınlığında açılacaq. Məktəbə 25-30 yaş arasında olan 50 nəfər qəbul ediləcək. Doqquz ay ərzində onlara əsas fənlər (fransız və ingilis dilləri, riyaziyyat və digərləri) üzrə pulsuz təhsil veriləcək.

B.Makron ayda ən azı bir dəfə məktəbdə dərs keçəcək. O, həmçinin institutun tədris proqramını hazırlayıb.

Xatırladaq ki, B.Makron uzun illər ərzində fransız dili müəllimi kimi işləyib və yalnız 2015-ci ildə bu işdən ayrılıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az