Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Avq
2019
03:30
456

21
Avq
03:30




UEFA Avro-2020 fristaylerlərini azarkeşlər seçirlər

İctimaiyyət turnirin 12 ev sahibi şəhərinin hər birini təmsil etmələri üçün sevimli fristaylerlərinə səs verir. Belə ki, azarkeşlər məşqçi olaraq UEFA AVRO 2020-də ölkələrini təmsil edəcək insanları seçmək şansı qazanıb.

XeberOxu.az-ın məlumatına görə, Avropada ən orijinal və yaradıcı, sərbəst, küçə və panna futbolu üzrə peşəkarları axtarıb tapmaq üçün təşkil olunan “Növbə sənindir” istedad yarışması 12 ev sahibi şəhərin hər birindən 2 şanslı qalibə UEFA Avropa Çempionatının 60-cı ildönümündə UEFA AVRO 2020 fristaylerləri kimi iştirak etmək imkanını bəxş edəcək.

UEFA AVRO 2020-nin rəsmi fristaylerləri və çox sayda dünya rekordçuları olan Liv Kuk və Tobias Beks hər bir ölkədə yüzlərlə videoqeydlər arasından qısa siyahı hazırlamış və sevimli bacarıq sahiblərini seçməyi artıq azarkeşlərin öhdəsinə buraxıblar.

Qaliblər Avropa çempionatı çərçivəsində tədbirlərdə, eləcə də fan-zonalarda və kubok turları zamanı matçlarda iştirak etməklə öz ev sahibi şəhərlərini təmsil edəcəklər.
Qısa siyahıda göstərilən bacarıqlar, hərəkətlər və fəndlər içərisindən azarkeşlər həyatda cəmi bir dəfə rast gəlinən unikal fürsət üçün seçimdə iştirak edəcəklər. Səs verən hər kəs avtomatik olaraq final oyunu və ya ev sahibi şəhərdə təşkil olunan hər hansı matç üçün biletlər, imzalı futbol forması və ya futbol topu qazanmaq imkanı verən mükafat lotereyasında iştirak imkanı əldə edəcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə - FOTO







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az