14 Fev
2020
12:09
617

14
Fev
12:09



Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb

2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz, qeyri-ərzaq malları üzrə 101,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,5 faiz təşkil edib.

Xeberoxu.az-ın məlumatına görə, cari ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin dekabr ayı ilə müqayisədə 100,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,3 faiz, qeyri-ərzaq malları üzrə 100,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 99,8 faiz təşkil edib.

Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal ətinin, təzə və dondurulmuş balığın, kolbasa məmulatlarının, südün, yoqurtun, xamanın, brınza pendirinin, yumurtanın, kərə və bitki yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, şəkərin, çayın, qəhvənin, spirtli içkilərin qiymətlərində bahalaşma, portağalın, bananın, kivinin, qozun, çuğundurun, yerkökünün, mərcinin, şəkər tozunun, energetik içkilərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2020-ci ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyimin, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, divar kağızlarının, boyaların, kəsilmiş taxtanın qiymətlərində bahalaşma, paltaryuyan maşınların, kondisionerlərin, mobil telefonların, fotoaparatların, fərdi kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, ayaqqabıların təmiri, bərbərxana, kosmetoloji və tibbi xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ictimai iaşə xidmətlərinin qiymətlərində bahalaşma, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.