Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



31 Iyul
2019
16:45
3645

31
Iyul
16:45



Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən sosial layihələr müsabiqəsinə sənəd qəbulu başlayır

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi avqustun 1-dən etibarən “Sosial layihələr” müsabiqəsi üzrə layihələrin qəbuluna başlayır.

XeberOxu.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi vətəndaş cəmiyyətinin inkişafı, dayanıqlı inkişaf məqsədləri, o cümlədən ayrı-ayrı sahələr üzrə dövlət proqramlarına dəstək məqsədi ilə sosial layihələr müsabiqəsi elan edib. Müsabiqə vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması, sosial inkişafa yönələn ideya və təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi ilə ölkəmizin inkişafına töhvə verməyə yönəlib.

Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu avqustun 1-dən 20 noyabr 2019-cu il saat 18:00-dək “Regional İnkişaf” İctimai Birliyinin rəsmi internet səhifəsində (www.riib.az) həyata keçiriləcək və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

Müsabiqəyə təqdim olunan layihələr cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, habelə həyat və sağlamlığının qorunmasına dair təşəbbüsləri; elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə dair təşəbbüsləri; təbiət və ətraf mühitin mühafizəsinə dair təşəbbüsləri; cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına, bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri və digər sosial layihələri əhatə edir.

Müsabiqəyə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar), ali təhsil müəssisələri, peşə və orta ixtisas təhsili müəssisələri (kolleclər), elmi-tədqiqat təşkilatları, könüllülər hərəkatları, təhsil müəssisələri daxilində tələbə elmi cəmiyyətləri və tələbə gənclər təşkilatları layihələr təqdim edə bilər.

Müsabiqənin qaydaları ilə www.riib.az internet saytında tanış olmaq və (012) 488 01 50, (050) 600 01 50 telefon nömrələri və “150” çağrı mərkəzinə müraciət etmək olar.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Sosial xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az