Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Sen
2019
07:00
3324

02
Sen
07:00



Övladın düzgün dini tərbiyə alması üçün valideynin bunlara riayət etməsi lazımdır

Hər bir valideynin arzusu budur ki, övladı tərbiyəli, əxlaqlı və cəmiyyətə xeyirli bir insan olsun. Xüsusilə də dindar valideynlərin dini tərbiyə görmüş uşaqlardan gözləntiləri daha çoxdur.

Xeberoxu.az deyerler.org-a istinadən bildirir ki, valideyn istəyir ki, övladı tərbiyə və əxlaqını dini əsaslar üzərində təkmilləşdirsin və Allaha, Müqəddəs Kitaba, Məsumlara (ə) bağlı bir insan olsun. Atdığı hər bir addımda Allahın razılığını nəzərə ala bilsin.

Bəs valideyn dini tərbiyədə nələrə riayət etməlidir?

1. Dini təhsilin uşağın yaşı və ağılının inkişafı ilə uyğun gəlib-gəlmədiyinə diqqət etmək lazımdır.

2. Övladınız sizə dini sual verən zaman onu düzgün şərh etməli və dini vəzifəsi ilə tanış etməlisiniz.

3. Dini tərbiyənin ən yaxşı yolu - birbaşa olmayan yoldur. Yəni, danışmadan, göstəriş vermədən öz əməllərinlə övladına dini tərbiyə verirsən.

4. Övladınızın dini mövzularda sual verməkdə istəkli olması üçün şərait yaratmalısınız.

5. Dini tərbiyə övladınızın həm cismini, həm ağlını, həm hisslərini, həm də ictimai rabitəsini əhatə etməlidir.

6. Övladınızı dini təlimlərə vadar etməyin, qoyun özü öz istəyi ilə bu təlimlərə yiyələnsin, özünə qarşı təzyiq hiss etməsin.

7. Övladınızın təbiətlə bağlı təfəkkür etməsi üçün zəminə yaradın və ondan istəyin ki, xilqətin və yaradılışın sirlərinə diqqət etsin və bu haqda öz nəzərlərini sizinlə bölüşsün.

8. Dinimizin örnək və nümunə insanlarını övladınızın yaşını nəzərə alaraq, tanıdın.

Yadda saxlamaq lazımdır ki, uşaqlar üçün ən yaxşı tərbiyə örnəyi - valideynləridir. Əgər valideyn öz dini vacibatlarına əməl edirsə və bunu şövqlə və xüsusi həvəslə yerinə yetirirsə, bu, övladınız üçün ən yaxşı dini tərbiyə olacaqdır. Əgər valideyn namazını əvvəl vaxtda qılırsa, əmin olun ki, övladınız gec və ya tez, o da sizin kimi namazına əhəmiyyət verəcək və namazını vaxtında qılacaqdır. Hər şey biz valideynlərdən və müəllimlərdən asılıdır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az