16 Iyun
2020
13:34
17952

16
Iyun
13:34



Azərbaycanda qeyri-adi hadisə: Dayısı qızını qaçırdığına görə iki dəfə həbs olundu - VİDEO

Dayısı qızını ailə qurmaq məqsədilə qaçırmış Namiq Həsənov ümumilikdə 11 il müddətinə azadlıqdan məhrum edilib.

XeberOxu.Az-ın məlumatına görə,  ARB TV-nin “Rezonans” proqramında İmişli rayonunun Əlipənahlı kəndində anadan olan məhkum öz həyat hekayəsini danışıb.

N.Həsənov ailə qurmaq arzusunu və başına gələnləri belə şərh edib: 

“Atam, anam qocalıb. Onlar məndən soruşdu ki, kiminlə ailə qura bilərsən? Mən də anama dedim ki, qardaşın qızı ilə ailə qura bilərəm. Qız da razı idi. Mən də götürüb qaçdım, dayımın həyat yoldaşı məni tutdurdu. Məni dörd il azadlıqdan məhrum etdilər. Baxmayaraq ki, hər iki tərəf bu izdivaca razı idi. Lakin son anda dayım qızı fikrindən daşındı və dedi ki, məni zorla qaçırıb. Ona görə həbs olundum.

Həbsdən çıxandan sonra barışdıq, dayımın yoldaşı dedi ki, qız sənindir. Sənə görə qızı heç kimə verməmişəm. Dedi ki, ev-eşik düzəlt, qızı götür, apar. Gözüm dayım qızını tutmuşdu, ona görə də getdim Rusiyaya, özümə şərait qurdum, pul qazandım. Əti də, qanı da özümüzünküdür deyə, gözüm ondan başqasını görmədi.

Orada rus qızları da var idi, azərbaycanlı qızlar da. Rusiyadan pulla gəldim, özümə ev-eşik qurdum. Gələndə qızıl saat, telefon da gətirmişdim. Qız özü məni məcbur etdi ki, anam yoxdur, gəl, qaçaq. Mən də qaçırdım. Sonra gəldim şöbəyə, dayımın arvadı dedi ki, mənə deməmiş niyə qızı qaçırmısan? Məni yenə həbs elədilər, bu dəfə yeddi il. Sonra peşman oldum ki, gərək ağsaqqal-ağbirçəklə elçi gedərdik, el adəti ilə toy edərdik.

Amma indi peşman deyiləm, çünki dayım qızı demişdi ki, mənlikdir, gəl, qaçaq. Mən də onun dediyi kimi etdim. İndi də məktublaşırıq, o gün yanıma da gəlmişdi. Özünə dedim ki, yalnız mən öləndən sonra sən başqası ilə ailə qura bilərsən. Nə qədər ki mən sağam, həbsdən çıxandan sonra sən mənim ailəmsən.

Həbsdən çıxandan sonra el adəti ilə o qızı alacağam. Ağsaqqal göndərəcəyəm ki, nə edirlər-etsinlər, o qızı mənə alsınlar. Düzdür, onlar da əsəbiləşiblər, bizimkilər də əsəbiləşiblər. Hətta onlar barışmaq istədilər, mənim ailəm barışmadı ki, oğlumuzu yeddi il həbs etdirmisiniz.

Mən özümü geridə qalmış insan kimi hiss edirəm. Çünki mənim də ailəm olmalıdır, hamı kimi yaşamalıyam, uşaqlarım olmalıdır. Buradakı məhbusların yanına ailələri, uşaqları gələndə mən onlara baxıb alçalıram.

Həbsxanadan çıxandan sonra dayım qızını el adəti ilə verməsələr, daha edəcək heç nə yoxdur. Onunla ancaq o dünyada görüşəcəyik”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ölkədə saxta tibbi maskalar yayılıb







“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək







Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi







AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək -VİDEO


Digər Kriminal xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.