Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
13:26
642

20
Iyun
13:26



Azərbaycanda radikalizm və ekstremizmin bazası yoxdur, belə qruplaşmalar mövcud deyil - Komitə rəsmisi

Azərbaycanda radikalizm və ekstremizmin bazası yoxdur, belə qruplaşmalar ölkəmizdə mövcud deyil.

XeberOxu.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda dini durum sabitdir: "Dövlətin qayğısı bu sahəyə kifayət qədərdir. Dini etiqad azadlığı qorunur, bütün inanclı insanların ibadətini həyata keçirməsi üçün şərait yaradılıb. Bunun sayəsində də ölkəmizdə mükəmməl dini birlik mövcuddur".

Sədr müavini bildirib ki, dünyanın bir çox ölkələrində multikulturalizm iflasa uğrayıb: "Onun yerini radikal tendensiyalar, qruplaşmalar tutacaq. Bu da dövlətlərin təhlükəsizliyi üçün ciddi təhdidə çevriləcək. Ona görə də Azərbaycanda görülən bu işlər kifayət qədər əhəmiyyət kəsb edir. Buna dünya birliyi tərəfindən yüksək qiymət verilir. Dünyadakı çağırışlara nəzər salsaq görərik ki, Azərbaycan dünyada sülhün bərqərar olması üçün çox faydalı işlər görür. Azərbaycanın bu səyləri dünyada tarixi hadisəyə çevriləcək".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az