XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



23 Noy
2021
13:41
1039
23
Noy
13:41



Azərbaycanda saxta kriptovalyuta satan qadın yenidən həbs edilib

Azərbaycanda saxta kriptovalyuta satmağa görə saxlanılan Gülara Abdullayeva həbs edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

O qeyd edib ki, mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edildikdən sonra faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və Bakı şəhər sakinləri - G.Abdullayeva və Xəyal Yaxyayev saxlanılaraq istintaqa cəlb ediliblər: "Məhkəmənin qərarı ilə Xəyal Yaxyayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Gülara Abdullayeva isə istintaq müddətində polisin nəzarətinə verilməklə buraxıldı. Lakin sonradan Gülara Abdullayevanın polisin nəzarətinə verilmə qətimkan tədbirinin şərtlərini pozması və zərərçəkən şəxslərə təzyiq etməsi müəyyən olunduğundan o, yenidən saxlanılaraq məhkəməyə təqdim edildi. Məhkəmənin qərarı ilə onun barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçildi".

"Mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir", - Mətbuat Xidmətindən bildirilib.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda 7 il əvvəl gecə klubunda qətl törədən kriminal aləmin üzvünün məhkəməsi başlayıb








Şabranda 1 yaşlı uşaq tualetə düşərək öldü








Xırdalanda nənə və nəvə döyülüb








Samuxda gənc qadın dəm qazından zəhərlənib



Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.