XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

28 Iyul
2022
16:04
690
28
Iyul
16:04



Azərbaycanda seyid azyaşlı oğlana təcavüz etdi - FOTO

Ucarda azyaşlı oğlanla cinsi əlaqədə olan şəxs həbs edilib. 

Ucar rayon Polis Şöbəsindən "Unikal"a verilən məlumata görə, 51 yaşlı Ağayev Ceyhun barəsində Ucar rayon Məhkəməsi tərəfindən 27 iyul 2022-ci tarixində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, 1971-ci il təvəllüdlü Ağayev Ceyhun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsinə əsasən, 3 ildən 6 ilə qədər həbs cəzası gözləyir. 

İstintaq işləri yekunlaşana qədər o, Şəki şəhərində yerləşən həbsxanada qalacaq. 

Onu da deyək ki, A.Ceyhun Ucar rayonunda seyid kimi tanınır və onun məsciddə yeniyetmələri öz ətrafına yığması ilə bağlı iddialar var. Bununla bağlı Ucar məscidinin axundu Rəhimov Elnur "Unikal"a açıqlamasında bildirib ki,  sözügedən şəxs məscidə yalnız namaz qılmaq məqsədi ilə gəlib: "Bizim mədrəsə qeydiyyatımız olmadığı üçün, Quran dərsləri keçmək kimi bir ixtiyarımız yoxdur. Ona görə də Ağayev Ceyhunun guya məsciddə yeniyetmələrə Quran öyrətməsi iddiaları həqiqəti əks etdirmir. Onun heç bir dini təhsili və fəaliyyəti yoxdur.

Bizdə iki qurumun kamerası var - Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. O kameralara da sözügedən qurumlar nəzarət edir. Bizim özümüzün şəxsi kameramız yoxdur. İndi bu məsələdə məsciddin adı hallanır, lakin o, son zamanlar məscidə nadir hallarda gəlirdi". 

Bildirək ki, 51 yaşlı A.Ceyhun 2 dəfə ailəli olub. Onun ilk evliliyindən bir qızı var. 


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda maşın qaçıran qadın saxlanılıb








Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub








Dünənki qəzalarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA








Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə satılıb? - İDDİA



Digər Hadisə xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.