21 Yan
2020
15:49
900

21
Yan
15:49



Azərbaycanda turizm şirkətlərinin sayı artıb

Azərbaycanda turizm bazarında aparılan monitorinqlərin nəticəsinə görə, bir neçə il öncə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 2000 idisə, indi bu rəqəm 3000-ə yaxınlaşıb.

Xeberoxu.Az-ın məlumatına görə,bunu  Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev deyib.

Onun sözlərinə görə, bu gün dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizm Azərbaycanda da geniş inkişaf yolu keçir.

R.Hacıyev qeyd edib ki, bir neçə il əvvəl Azərbaycanda daha çox getmə turizm növü geniş yayılmışdı. Ölkəyə gələnlər isə əsasən dövlət əhəmiyyətli və beynəlxalq səviyyəli konfrans və tədbirlərə qatılan dövlət rəsmiləri olurdu:

"Yəni burada əcnəbi turistlərin payı çox az idi. Mən deyərdim ki, Azərbaycanda gəlmə turizmi 2010-cu ildən sonra formalaşmağa başladı. 2012-ci ildə paytaxt Bakıda "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi Azərbaycanı bütün dünyaya fərqli istiqamətdə, bir turizm ölkəsi olaraq tanıtdı. Bu, ölkəyə əcnəbi vətəndaşların üz tutması üçün bir başlanğıc oldu. Turizm sahəsində əsas inkişaf deyərdim ki, 2015-ci ildən sonra daha aktiv fazaya keçdi. Bunun bir neçə obyektiv və subyektiv səbəbi var. Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəylik Oyunları, o cümlədən onlarla beynəlxalq səviyyəli toplantıların, konfransların və sərgilərin keçirilməsi Azərbaycanı dünyada tanıtmaqla yanaşı, onun turizm ölkəsi kimi də məşhurlaşmasına səbəb oldu. Eyni zamanda, Prezident İlham Əliyev başda olmaqla, dövlətin bu sahəyə xüsusi diqqət ayırması ölkənin turizm sahəsinin inkişafında mühüm rol oynadı”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.