Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV





.




11 Yan
2019
16:56
780



Azərbaycanda vəzifəli şəxslər saxlanıldı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Baş İdarə tərəfindən aparılmış birgə ilkin araşdırmalarla korrupsiya şəbəkəsi yaradan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və  Baş Prokurorluqdan Xeberoxu.Az-a daxil olan birgə məlumata görə, Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasov Mərkəzin baş məsləhətçisi Hafis Allahyarov və qeyriləri ilə əlbir olaraq, müxtəlif vədlər verərək işsiz və işaxtaran şəxslərdən ümumilikdə 7.400 manat məbləğində rüşvət alıb, habelə eyni məqsədlə 1 nəfər rayon sakinindən 1.000 manat rüşvət almağa cəhd ediblər.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Mehdi Abasov və Hafis Allahyarovun xidməti otaqları və yaşadıqları ünvanlarda məhkəmənin müvafiq qərarları ilə aparılmış axtarış nəticəsində içərisində ayrı-ayrı şəxslərdən pul alınmasını təsdiq edən yazılar olan kitabçalar, işaxtaran vətəndaşların qeydiyyatı kitabı, müxtəlif arayışlar, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında M.Abasov və  H.Allahyarov şübhəli şəxs qismində tutulublar. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Kriminal xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az