13 Fev
2020
19:30
599

13
Fev
19:30



Azərbaycandan qida məhsullarının ixracında əhəmiyyətli artım əldə olunub

Ölkəmizdən qida məhsullarının ixracında əhəmiyyətli artım əldə olunub.

XeberOxu.Az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il ərzində 23 138 ton fındıq müvafiq sertifikatlarla (qida təhlükəsizliyi sertifikatı, fitosanitar sertifikatı) təmin olunaraq ixrac edilib:

"2018-ci ildə 18 nəqliyyat vasitəsi fındığın tərkibində aflotoksinin miqdarının yüksək olması səbəbindən geri qaytarılıb. 2018-ci ilin ilk yarısında 17, ikinci yarısında isə (Agentlik fəaliyyətə başladığı dövrdə) cəmi 1 avtonəqliyyat vasitəsi geri qaytarılıb. Ötən il ərzində 28 573.2 dkl şərab məhsulu qida təhlükəsizliyi sertifikatı ilə təmin olunaraq, əsasən Aİ ölkələrinə, eləcə də Rusiya və Çinə ixrac olunub. 2019-cu il ərzində 580 934 ton meyvə tərəvəz, o cümlədən 61 089 ton kartof müvafiq sertifikatla təmin olunaraq ixrac edilib. Həmin meyvə və tərəvəz məhsullarından cəmi 8 avtonəqliyyat vasitəsi ixrac olunduğu ölkələrdən geri qaytarılıb".

Q.Təhməzli qeyd edib ki, bu, meyvə-tərəvəz məhsullarının ümumi ixracının 0,02 %-ni təşkil edir: "Bunlar ciddi göstəricilərdir və Azərbaycan qida məhsullarının etibar qazanmasının bariz göstəricisidir".


 

 

 

 

 

 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.