Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



17 Okt
2020
01:00
2808
17
Okt
01:00



Azərbaycanın ATƏT yanında Daimi nümayəndəliyi ATƏT-in Daimi Şurasının iclasında çıxış edib

Cari ilin 16 oktyabr tarixində Azərbaycan Respublikasının ATƏT yanında Daimi nümayəndəliyi tərəfindən ATƏT-in Daimi Şurasının iclasında çıxış səsləndirilib.

Xarici İşlər Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, daimi Nümayəndəlik çıxışında Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzkar siyasəti və onun ağır nəticələri barədə ətraflı məlumat verib. Həmçinin bu ilin 10 oktyabr tarixində Moskvada razılaşdırılmış humanitar atəşkəs elan olunduqdan dərhal sonra Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları kobud şəkildə pozularaq azərbaycanlı mülki əhaliyə və mülki infrastruktura qarşı məqsədyönlü və birbaşa hücumların həyata keçirildiyi vurğulanıb.

Daimi Nümayəndəlik Ermənistanın guya ki, atəşkəsi dəstəkləməsi ilə bağlı bəyanatlarının onun riyakar siyasətinin növbəti təzahürü olduğunu bildirib. Bu xüsusda, Ermənistanın əsas məqsədinin münaqişənin sülh yolu ilə həll edilməsi və insanların həyatının xilas edilməsi deyil, atəşkəs adı altında yeni təcavüzə hazırlıq olduğu vurğulanıb.

Beləliklə, humanitar atəşkəs əldə edildikdən dərhal sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam və Tərtər rayonlarını atəşə tutması, Hadrut və Cəbrayıl istiqamətində hücuma keçərək, azad edilən əraziləri yenidən işğal etmək cəhdləri barədə məlumat verildi. Həmçinin 11 oktyabr tarixində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket atəşinə, o cümlədən Mingəçevir və Tərtər şəhərlərinin artilleriya atəşinə tutulması və nəticədə ağır itkilərin olması bildirildi.

Daimi Nümayəndəlik tərəfindən ATƏT üzv ölkələrinin nümayəndələrinin diqqətinə çatdırıldı ki, məqsədyönlü şəkildə Azərbaycanın mülki şəxslərinə qarşı yönəlmiş hücumlar və bunun nəticəsində onlara verilmiş zərər beynəlxalq humanitar hüquq çərçivəsində müharibə cinayəti kimi qiymətləndirilir və buna görə də Ermənistan tam məsuliyyət daşıyır.

Çıxışda, həmçinin Ermənistanın MDB və Yaxın Şərq ölkələrindən gizli şəkildə silah-sursat əldə etməsinin bu ölkənin yeni hücum əməliyyatlarına hazırlaşdığının göstərici olduğu qeyd olunub. Ermənistan tərəfinin “könüllülər” adı altında döyüş əməliyyatlarına muzdluları və “xarici terrorçu döyüşçüləri” cəlb etməsi ilə bağlı məlumatlar, o cümlədən Ermənistana həyata keçirilən uçuşların sayında müşahidə olunan artımla bağlı məlumatlar təqdim olunub.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ermənistan ordu sıralarını doldurmaq üçün adam tapa bilmir - Deputat







Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək - Vüsal Qasımlı







Prezident İlham Əliyev xalqa müraciət edir







Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır - Mənbələr


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.