![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
06 Avq 2022
02:00
![]() |
06
Avq 02:00
![]() Azərbaycanın Britaniyadakı səfirliyinə radikal dini qruplaşmanın hücumu hərtərəfli araşdırma tələb edir - Qazaxıstan XİN Azərbaycanın Britaniyadakı səfirliyinə radikal dini qruplaşmanın hücumu hərtərəfli araşdırma tələb edir. Xeberoxu.Az xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Ekstremistlərin avqustun 4-də Londondakı Azərbaycan Respublikasının səfirliyinə hücumu ilə əlaqədar diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına qarşı hər hansı zorakılıq təzahürünü yolverilməz hesab edirik. Beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür əməllər ümumbəşəri qınaq obyektidir və onların təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün hərtərəfli araşdırma tələb edilir", - deyə XİN-dən bildirilib. Qeyd edilib ki, Qazaxıstan çətin vəziyyətlərdə qardaş Azərbaycan dövlətinə hər cür dəstəyi verməyə hazırdır. ![]() ![]()
|
Ən Çox Oxunanlar
Şabranda daha bir kəndin ərazisində yanğın başlayıb
Ağcabədidə dələduzluq edən şəxs tutuldu
TƏBİB qeysəriyyə əməliyyatından sonra ananın ölümü ilə bağlı açıqlama yayıb - YENİLƏNİB
Axtarışda olan 60 nəfər tutuldu - KRİMİNAL XRONİKA
|