# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
13:36
1080

22
May
13:36



Azərbaycanın Malayziyadakı səfirliyi himayədən məhrum yaşlı qadınlar üçün iftar süfrəsi açıb

Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyinin təşəbbüs və dəstəyi ilə bu ölkənin Selanqor ştatının Ampanq rayonunda himayədən məhrum yaşlı qadınlar üçün iftar süfrəsi açılıb.

Səfirlikdən XeberOxu.Az-a verilən məlumata görə, tədbir may ayının 21-də “Mesra Home” adlı Xeyriyyəçilik Evində təşkil olunub.

Azərbaycan Respublikasının Malayziyadakı səfiri Qaley Allahverdiyev hazırda COVID-19 pandemiyası ilə əlaqədar Malayziyada tətbiq olunan karantin rejiminin cari qaydalarına riayət etməklə, xeyriyyəçilik evinə baş çəkib, “Mesra Home”-un təsisçisi və rəhbəri xanım Faeza Alidən təşkilat barədə məlumat alıb.

F.Ali bildirib ki, 2013-cü ildə öz təşəbbüsü ilə təsis etdiyi bu təşkilat Malayziyanın müxtəlif şəhər və rayonlarında ailə himayəsindən məhrum 20-ə yaxın yaşlı qadınlara qucaq açıb, onlar üçün qayğıkeş sığınacağa çevrilib. O, “Mesra Home”-un əsasən ictimai ianələr və xeyirxah insanların maddi-mənəvi dəstəyi hesabına fəaliyyət göstərdiyini, buradakı sakinlərin təmənnasız xidmətlərlə təmin olunduğunu qeyd edib.

Öz növbəsində səfir Q.Allahverdiyev müqəddəs Ramazan Ayının özlüyündə insanlara mərhəməti, şəfqəti, o cümlədən çoxsaylı xeyirxah əməlləri təlqin etdiyini vurğulayıb. O, qeyd edib ki, belə əməllərdən biri də humanizm naminə həmrəylikdir. Q. Allahverdiyev xüsusilə bəşəriyyətin son aylarda məruz qaldığı COVID-19 pandemiyası ilə bağlı bu çətin günlərdə həmrəyliyə daha çox ehtiyacımızın olduğunu diqqətə çatdırıb.

Diplomat bildirib: “Mən bu səpkidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir neçə həftə əvvəl xalqımıza müraciətindəki bir məqama xüsusi ilə diqqət çəkmək istəyirəm. Cənab Prezident bildirmişdi ki, indiki şəraitdə yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur.
Bu gün “Mesra” Xeyriyyə Evinin yüksək təşkilatçılığı və mehriban qonaqpərvərliyi ilə burada yaşayan sakinlərə kiçik bir ərməğan etmək və onların iftar süfrəsinə töhfə vermək istədik. Mən və səfirliyimizin kollektivi çox istərdik ki, bu süfrə ətrafında onlara qoşulaq. Lakin COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan MCO karantin rejiminin tələblərinə uyğun olaraq, bu arzumuzu gələcək tarixlərdən birinə təxirə salmalı olduq”.

Sonda səfir Q.Allahverdiyev qeyd edib: “Mən öz adımdan, səfirliyimizin əməkdaşları adından fürsətdən istifadə edərək, hazırda Malayziyada olan həmvətənlərimizi və malayziyalı bacı-qardaşlarımızı qarşıdan gələn müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edir, onlara möhkəm can sağlığı və xoşbəxtlik arzulayıram”.

Xanım F.Ali belə bir xoş təşəbbüskarlığı alqışladıqlarını vurğulayaraq, Azərbaycan Səfirliyinə öz təşəkkürünü bildirib, iftar süfrəsi ətrafında hazırda COVID-19 pandemiyası nəticəsində ağır sınaqlarla üz-üzə qalan bəşəriyyət və Azərbaycan-Malayziya dostluğunun daha da möhkəmlənməsi üçün dua edəcəklərini qeyd edib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.