Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Okt
2019
16:30
267

17
Okt
16:30



MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib

MDB-nin iştirakçısı olan dövlətlərin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına bir illik müddətinə sədrliyi Azərbaycan tərəfi (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri) həyata keçirəcək. Bu müddətdə Azərbaycan MDB məkanında əmək, məşğulluq, sosial müdafiə sahəsində fəal təcrübə və məlumat mübadilələrinə əsaslanan qarşılıqlı faydalı əlaqələrinin güclənməsinə öz töhfəsini verəcək.

XeberOxu.Az-ın  məlumatına görə, MDB ölkələri üçün məşğulluq, əmək və sosial müdafiə sahəsində müasir texnologiyaların tətbiqi şəraitində idarəçiliyin optimal və səmərəli nəticələrə yönəlik mexanizmlərinin formalaşdırılması, əhaliyə xidmətlərin elektron infrastruktur əsasında, innovativ yanaşmalar üzərində şəffaf və operativ təşkili, məşğulluq xidmətlərinin səmərəliliyinin və əhatəliliyinin artırılması və aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet istiqamətlərdir. Eyni zamanda, tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin təkmilləşdirilməsi, inklüziv əmək bazarının inkişaf etdirilməsi, həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin kiçik biznesə çıxışının dəstəklənməsi yolu ilə onların rifah halının yaxşılaşdırılması aktuallıq kəsb edən fəaliyyət sahələrindəndir. Bununla bərabər, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək bazarına nəzarət və bu sahədə tənzimləmə sahəsində effektiv mexanizmlərin hazırlanması və tətbiqi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, əməyin mühafizəsi və s. də hazırda MDB ölkələrinin sosial gündəliyində yer tutan vacib məsələlərdir.

Bütün bu istiqamətlərdə fəal təcrübə və məlumat mübadilələri şəraitində MDB dövlətlərinin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün Azərbaycan tərəfi əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına bir illik sədrliyi çərçivəsində ardıcıl və məqsədyönlü işlərin aparılmasını təmin edəcək.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az