Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Okt
2019
19:41
309

17
Okt
19:41



Nazirlik işəgötürənlərin işçi qüvvəsinə dair tələbatının öyrənilməsi üçün e-sistemdə sorğu keçirir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərin cari və perspektiv planda işçi qüvvəsinə dair tələbatının öyrənilməsi məqsədilə nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə sorğu keçirir.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, e-sistemdə təqdim edilən sorğu anketində işəgötürən ilk növbədə sorğuda iştiraka dəvət edilir. Ona “Müəssisə və ya təşkilatınızın cari və perspektiv inkişafı üçün peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatı var?” sualı, bu suala müsbət cavab verildikdə isə “Müəssisə və ya təşkilatınızın cari və perspektiv inkişafı üçün hansı peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatı var?” sualı təqdim edilir. Bundan sonra işəgötürən məşğulluq təsnifatı üzrə təqdim edilən siyahıdan onun üçün hansı peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələb yaranacağını qeyd edərək sistemə daxil edir.

Hazırda işəgötürənlər tərəfindən sorğunun cavablandırılması prosesi davam edir.

Sorğunun nəticələri əsasında istehsal və xidmət sahələrində yaxın və ortamüddətli dövrdə işçi sayında hansı dəyişikliklərin gözlənildiyi, hansı peşə və ixtisaslara, əmək bacarıqlarına malik işçi qüvvəsinə tələbatın artacağı barədə real vəziyyəti əks etdirən məlumatlar əldə olunacaq. Bu da nazirlik tərəfindən əmək bazarı proqramlarının, həmçinin peşə hazırlığı və yenidənhazırlıq tədbirlərinin işəgötürənlərin işçi qüvvəsinə tələbatına daha uyğun şəkildə, məqsədyönlü hazırlanması və həyata keçirilməsi işlərində önəmli rol oynayacaq.

İşəgötürənləri “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil olaraq, qeyd edilən sorğuda aktiv iştiraka dəvət edirik.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az