Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








06 Dek
2018
00:18
195



Azərbaycanın Rus icması: Zatulin unudur ki, məhz Ermənistan həqiqi təcavüzkardır

Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini Konstantin Zatulin unudur ki, məhz Ermənistan həqiqi təcavüzkardır və Azərbaycana hücum edərək Xocalı, Ağdam kimi şəhərləri məhv edib və qocaları, qadınları və uşaqları qətlə yetirib.

XeberOxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın Rus icmasının K.Zatulinin Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubu”nun ilk iclasında səsləndirilən fikirlərinə cavab bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, erməni təcavüzkarları 1 milyondan çox sakini öz evlərini tərk etməyə və öz torpaqlarında qaçqın olmağa məcbur edib:

“20 ildən çoxdur ki, Azərbaycan və onun rəhbərliyi Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etməyə çalışır və yalnız 2016-cı ildə ölkənin aramsız atəşə tutulmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri təcavüzkarlara layiqli cavab verdi və müəyyən əraziləri azad etdi”.

Bəyanatda o da vurğulanır ki, Azərbaycanın Rus icması ölkənin ərazi bütövlüyü hüququnu müdafiə etməsini dəstəkləyir, yüzlərlə rus Dağlıq Qarabağı erməni təcavüzkarlardan müdafiə edərkən həlak olub:

“Ermənistan daha nə qədər Azərbaycan xalqının səbrini sınaya bilər, azərbaycanlıları öz doğma torpaqlarına qaytarmaq üçün daha nə qədər vaxt lazımdır? Konstantin Zatulin bu suallara cavab verə biləcəkmi?”

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Siyasət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]