Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 May
2019
15:56
672



Azərbaycanın da iştirak etdiyi “MILEX-2019” silah sərgisinin açılışı olub

Minskdə “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisinin açılışı olub.

Müdafiə Sənayesi Nazirliyindən Xeberoxu.az-a verilən məlumata görə, açılış mərasimində Belarusun Baş naziri tərəfindən Prezident Aleksandr Lukaşenkonun tədbir iştirakçılarına təbrik məktubu oxunub.

Rəsmi açılışda Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev də iştirak edib.

Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə keçirilən sərgidə 10 ölkədən - Belarus, Azərbaycan, Almaniya, İtaliya, Qazaxıstan, Çin, Polşa, Rusiya, Serbiya və Cənubi Afrika Respublikalarından 170 şirkət iştirak edir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “MILEX” sərgisində ilk dəfə stendlə təmsil olunur.

Bu gün işinə başlayan, iştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan “MILEX-2019” sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən əsasən ixrac yönümlü məhsullar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, müxtəlif çaplı döyüş sursatları və s. məmulatlar nümayiş etdirilir.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin bir sıra ölkələrin rəsmi nümayəndə heyətləri, eləcə də müdafiə sənayesi sahəsində fəaliyyət göstərən aparıcı şirkət və firmaların nümayəndələri ilə görüşləri təşkil olunacaq.

Sərgi işini mayın 18-dək davam etdirəcək.


Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az