Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Iyul
2019
18:57
756

01
Iyul
18:57




Azərbaycanın əmək bazarına əcnəbi işçi qüvvəsinin cəlb olunması ilə bağlı prosedurlar təkmilləşdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının maliyyə dəstəyi ilə və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) tərəfindən həyata keçirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE)” layihəsinin Baş layihə rəhbəri xanım Violeta Vaqnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

XeberOxu.az-ın məlumatına görə, görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində dinamik inkişafa nail olanAzərbaycanda miqrasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində də məqsədyönlü islahatların aparıldığını bildirib. Nazir müavini ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı beynəlxalq konvensiyaların tələblərinə uyğun siyasətin həyata keçirildiyini deyib. O, nazirliyin digər fəaliyyət istiqamətlərində olduğu kimi, bu sahədə də mötəbər beynəlxalq qurumlarla, o cümlədən MSİBM ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib.

Xanım V.Vaqner MOBİLAZE layihəsinin qanuni miqrasiya və yerdəyişmələr, qanunsuz miqrasiyaya qarşı mübarizə, sığınacaq siyasəti və miqrasiyanın inkişafa təsirinin artırılması kimi əhəmiyyətli sahələri əhatə etdiyini bildirib. O, layihənin icrası olaraq əmək miqrasiyası sahəsində görülən işlər, aparılan tədqiqatlar haqqında məlumat verib. Layihə cərçivəsində həyata keçirilən “Azərbaycanın əmək bazarında əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması üçün təlimatlar” adlı yeni tədqiqatla bağlı təqdimat edib.

Tədqiqatda əcnəbi işçi qüvvəsinin cəlb olunması ilə bağlı prosedurların təkmilləşdirilməsi üzrə təklifləri şərh edən xanım V.Vaqner təkliflərin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və ölkəmizin strateji yol xəritələrinin məqsədləri nəzərə alınmaqla hazırlandığını bildirib. Təkliflərin qəbulunun daxili əmək bazarının daha effektiv qorunmasına və ölkənin iqtisadi inkişafı baxımından əcnəbi işçi qüvvəsindən daha məqsədyönlü istifadə edilməsinə şərait yaradacağını deyib.

A.Əliyev tədqiqatla bağlı aparılmış işləri müsbət qiymətləndirib. O, tədqiqatın əmək miqrasiyası proseslərinin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi işlərində faydalı olacağını bildirib. Nazir müavini tədqiqatda təqdim olunmuş təkliflərin məqsədəuyğun olduğunu və onların nazirlik tərəfindən nəzərə alınacağını diqqətə çatdırıb.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib və əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)







İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az