AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





09 Iyun
2019
02:15
327



Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu - YENİLƏNİB

İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatında idmançılarımız bir gündə iki qızıl medal qazanıb. 

XeberOxu.Az-ın xəbərinə görə, həlledici qarşılaşmada Rusiya təmsilçisiylə üz-üzə gələn Turan Bayramov (-65 kq) sonuncu xal prinsipinə əsasən qalib gələrək Avropa çempionu olub. 

Digər finalçımız Əbubəkr Abakarov da həlledici qarşılaşmada Rusiya güləşçisini üstələyərək (3:1) Avropanın ən güclüsü adını qazanıb. 

12.31

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.

XeberOxu.Az xəbər verir ki, sərbəst güləşçilərin mübarizəsində bu gün millimizin iki üzvü finalda çıxış edəcək.

Belə ki, 65 kq çəki dərəcəsində mübarizə aparan yeniyetmələrin Olimpiya, dünya və Avropa çempionu Turan Bayramov və 79 kq-da çıxış edən dağıstanlı legionerimiz, yeniyetmələrin dünya çempionu Əbubəkr Abakarov finala çıxıb. Hər iki idmançımızın rəqibi rusiyalı güləşçilər olacaq.

Gürcüstan, Fransa, Moldovadan olan rəqiblərinə qalib gəlmiş Turan Bayramovun rəqibi Müslüm Səidullayevdir. Belarus, Litva, Estoniyadan olan güləşçiləri məğlub etmiş Əbubəkr Abakarovun rəqibi isə həmyerlisi Amxad Taşuhacıyev olacaq.

Qeyd edək ki, Elmar Kazımov (-70 kq) ilk görüşündə – 1/8 finalda moldovalı Vasili Dyakona 4:9 hesabı ilə uduzsa da, həmin idmançı finala çıxdığından, bürünc medal qazanmaq şansı əldə edib. Belə ki, Elmar təsəlliverici görüşdə almaniyalı Tino Retinqeri məğlub etməyə çalışacaq.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mehriban Əliyeva Yasamalda 11 saylı körpələr evi-uşaq bağçasında - FOTO







Çimərliklər pulsuz olmalıdır - RƏSMİ







Deputatlar bu gün növbədənkənar iclasa toplaşır – Gündəlikdə 36 məsələ var







Vaşinqtonda Azərbaycanın Respublika Günü münasivəti ilə təntənəli ziyafət təşkil edilib -FOTO


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az