Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Iyul
2019
13:39
738



Azərbaycanın kişi qılıncoynadanları Neapol Universiadasında çıxış ediblər

İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında Azərbaycan qılıncoynadanları mübarizəyə başlayıblar.

Azərbaycan Qılıncoynatma Federasiyasından XeberOxu.az-a verilən məlumata görə, kişi sablyaçıların şəxsi yarışında Cavanşir Ağakişiyev qrup mərhələsində keçirdiyi altı görüşdən ikisini qələbə ilə başa vuraraq otuzikidəbir finala yüksəlib. Ağakişiyev bu mərhələdə Ukrayna idmançısı Boqdan Platona 13:15 hesabı ilə uduzub.

Şpaqaçılarımızdan Ruslan Həsənov, Fərrux Səfərov və Xalid Əliyev də kişilərin şəxsi yarışında çıxış ediblər. Qrup mərhələsini üç qələbə ilə başa vuran Ruslan Həsənov otuzikidəbir finalda isveçrəli Çarls-Erik Osvala 11:15 hesabı ilə uduzub.

Qrup mərhələsində eyni nəticəni göstərən Xalid Əliyev isə otuzikidəbir finalda Hyomin Yanqa (Cənubi Koreya) 7:15 hesabı ilə məğlub olub.

Fərrux Səfərov isə qrupda keçirdiyi altı görüşdən ikisində qalib gəlsə də, bu nəticə onun pley-offa yüksəlməsinə imkan verməyib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az