AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





14 Mart
2019
08:00
867



Azərbaycanın xarici işlər nazirinin müavini Vyetnama səfər edib

12 mart tarixində Hanoy şəhərində Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Xarici İşlər Nazirliyindən Xeberoxu.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Xarici işlər nazirinin müavini Ramiz Həsənov, Vyetnam nümayəndə heyətinə isə Xarici işlər nazirinin birinci müavini Bui Thanh Son rəhbərlik ediblər.

Danışıqlar zamanı tərəflər iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini nəzərdən keçirərək əməkdaşlığın bütün sahələr üzrə təşviqinə dair geniş fikir mübadiləsi apardılar. Müzakirələr əsnasında, həmçinin tərəflər hazırki siyasi məsləhətləşmələrin məhz Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinin keçirilməsi ərəfəsində təşkil olunmasının əhəmiyyətini xüsusi vurğuladılar.

Vyetnama səfəri çərçivəsində nazir müavini Ramiz Həsənov eyni zamanda bu ölkənin rəsmiləri ilə ikitərəfli görüşlər keçirib.

11 mart tarixində xarici işlər nazirinin müavini Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Vyetnam tərəfindən həmsədri, Sənaye və Ticarət naziri Tran Tuan Anh ilə görüşdü. Görüşdə tərəflər münasibətlərin bütün spektri üzrə əməkdaşlığın mövcud vəziyyətini müzakirə edərək, çoxşahəli əlaqələrin genişləndirilməsinə dair fikirləri ilə bölüşdülər. Həmçinin tərəflər Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası çərçivəsində keçirilən son iki görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsi üçün atılması zəruri hesab olunan əməli addımlar ətrafında fikir mübadiləsi apardılar.

Xarici işlər nazirinin müavini Ramiz Həsənovun, həmçinin Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədr müavini Uong Chu Luu ilə görüşü keçirildi. Görüşdə tərəflər parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi yollarını, habelə Dostluq Qrupları arasında mövcud əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsini aparıldı.

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə 12 mart 2019-cu il tarixində Hanoy şəhərində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi və Vyetnam Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam diplomatiyası: Paralellər, inkişaf, dövlət quruculuğunda rolu” mövzusunda konfrans keçirildi.

Konfransda Vyetnam Kommunist Partiyası, Prezidenti Administrasiyası, Milli Assambleyası (Parlament), Hökuməti, Vyetnam Xarici İşlər Nazirliyi, müxtəlif dövlət və özəl qurumları, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası, Azərbaycanın Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi, ali təhsil ocaqları, beyin mərkəzləri, diplomatik korpus və kütləvi informasiya vasitələrinin nümayəndələri, Vyetnam Diplomatik Akademiyasının rəhbərliyi və tələbə-müəllim heyəti, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları iştirak etdilər.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir







Əli Əhmədov: Dünyada Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan ölkələrdəndir







Azərbaycanla Gürcüstan sərhədin razılaşdırılmamış hissələrinə birgə baxış keçirəcək







Avroliqanın final oyunu ilə əlaqədar dəmir yolunda TƏDBİRLƏR PLANI hazırlanıb


Digər Gündəm xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az