Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
07:15
222

08
Noy
07:15



Azərbaycanla Litva arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikası Seyminin (Parlament) sədri Viktoras Prantskietisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Görüş zamanı ölkələrimiz arasında mövcud olan əməkdaşlıq yüksək qiymətləndirildi və iki ölkə arasında kənd-təsərrüfatı, enerji, nəqliyyat, turizm, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğu qeyd olundu. Eyni zamanda parlamentlərarası diplomatiyanın əhəmiyyətinə toxunularaq bu xüsusda parlamentarilər arasında mütəmadi təmasların vacibliyi vurğulanıb.

İkitərəfli formatla yanaşı, Azərbaycan və Litvanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı qeyd olunub.

E.Məmmədyarov qarşı tərəfə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri, müzakirə edilməkdə olan yeni Saziş, o cümlədən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində iştirakımız barədə məlumat verib.

Habelə tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az