Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
13:28
213



Azərbaycanlı toy kortejində "Range Rover"dən çıxıb atəş açdı

Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında toy kortejində olan azərbaycanlı "Range Rover" markalı avtomobildən travmatik silahla havaya atəş açıb.

XeberOxu.az virtualaz.org-a istinadən bildirir ki, hadisə avqustun 11-də Kolpinsky şossesində, Puşkin rayonu istiqamətində baş verib.

Bu barədə hadisə şahidləri yerli polis şöbəsinə məlumat veriblər. Onların sözlərinə görə, qafqaz əsilli bir nəfər avtomobilin lyukundan çıxaraq tapançadan havaya bir neçə dəfə atəş açıb.

Əməliyyat nəticəsində həmin şəxs saxlanılıb, onun 34 yaşlı azərbaycanlı olduğu bildirilir. Saxlanılan şəxsdən icazə kağızı olan "Grand Power" markalı tapança götürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı avqustun 13-də Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 1-ci bəndinə (xuliqanlıq) uyğun olaraq cinayət işi açılıb. Şübhəli  şəxs başqa yerə getməmək şərti ilə azadlığa buraxılıb.


Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Xəzərdə qəzaya uğramış hərbi təyyarəmizin yeni qalıqları tapıldı







Prokurorluq: Zaqatala rayon Məşğulluq Mərkəzinin müdirinin intiharı xidməti fəaliyyəti ilə bağlı deyil







Bu ərazilər Bakı metropoliteninə verildi, evlər sökülür - ÜNVAN







Maqnit qasırğası gözlənilir?


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az