Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyun
2019
01:00
771

07
Iyun
01:00




Azercell və Xəzər TV-nin birgə xeyriyyə layihəsi

Hər zaman sosial layihələri dəstəkləyən bir şirkət olaraq tanınan Azercell, Ramazan ayında da bu istiqamətdə fəaliyyətini davam etdirib.

Xeberoxu.az-ın  məlumatına görə, belə ki, Azercell və Xəzər TV-nin birgə təşəbbüsü ilə Azercell-in səyyar “Mobil Göz” və “Mobil Diş” klinikaları may ayı ərzində Tərtər, Ağdam və Tovuz şəhərlərinə səfər ediblər. Aksiya çərçivəsində təşkil olunan təmənnasız müayinələrdən ümumilikdə 3000-ə yaxın insan faydalanıb.

Qeyd edək ki, səfərlərdə iştirak edən həkimlər 5 iyun 2019-cu il tarixində Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinin canlı efirində Xəzər TV və Azercell rəhbərliyi adından layihədə göstərdikləri dəstəyə görə xüsusi diplomlarla təltif edilib, həmçinin Azercell şirkəti tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Vurğulamaq istərdik ki, Azercell-in “Mobil Göz” və “Mobil Diş” klinikalarının mütəmadi olaraq təşkil etdiyi təmənnasız müayinə və müalicə tədbirlərindən valideyn himayəsindən məhrum uşaqlar, yaşlılar, aztəminatlı ailələr və məcburi köçkünlər yararlanır. Ən son tibbi avadanlıqla təchiz olunan bu mobil klinikalar fəaliyyətləri boyunca on minlərlə insana yardım etməyə müvəffəq olublar.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə - FOTO







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az