# EVDƏQAL
# EVDƏQAL



12 Mart
2020
15:17
2170

12
Mart
15:17



BŞPİ sürücülərə xəbərdarlıq etdi

Nəqliyyat vasitələrindən oğurluq cinayətlərinin açılması ilə bağlı daxil olan müraciətlərə operativ reaksiya verilir.

Xeberoxu.az-ın məlumatına görə,Bakı şəhər BPİ Mətbuat Xidmətindən  bildirib ki, qabaqcıl metodoloji kriminalistik üsullar tətbiq olunmaqla keçirilən əməliyyat-axtarış tədbirlərilə paytaxtda cari ildə 143 hadisənin üstünün açılması təmin olunub:

"Hər bir fakt üzrə şübhəli şəxslərin yeri və şəxsiyyəti müəyyən olunaraq istintaqa təhvil verilib.

Fəaliyyət sahəmiz təkcə cinayətlərin qarşısının alınması və açılması ilə yekunlaşmır. Bizim üçün əsas meyar baş verən cinayətin üstünün açılması ilə yanaşı, qabaqlayıcı-profilaktik tədbirlərin genişlənməsidir. Tərəfimizdən analitik təhlil və araşdırmalar aparılmaqla qabaqlayıcı tədbirlər işlənib hazırlanaraq, icraya yönəldilir. Burada əsas məqsəd paytaxt sakinlərinin maarifləndirilməsidir.

Ümumləşdirmələr göstərir ki, nəqliyyat vasitələri əsasən sahibinin viktim davranışı (zərərçəkmiş şəxsin cinayətin törədilməsi üçün yaratdığı şərait) zəminində talana məruz qalır. Bu, həm də əmlak sahibinin öz mülkiyyətinə olan münasibətindən asılıdır. Nəqliyyat vasitələrinin sahibləri avtomobilləri əsasən mühafizə olunmayan, işıqlandırılmayan, yaxud “Təhlükəsiz Şəhər” kameralarının əhatə dairəsindən kənar, gediş-gəlişin az olduğu küçələrdə saxlamaları müşahidə olunur. Bütün bunları nəzərə alaraq, nəqliyyat vasitələri park olunarkən sürücülər elementar qaydalara əməl etməli, viktimoloji şəraiti nəzərə almalı, avtomobillərin salonunda qiymətli əşyaların saxlanmamasına fikir verməlidir".

Məlumatda bildirilir ki, Daxili İşlər nazirinin rəhbərliyi altında Bakı şəhər BPİ-nin rəhbərliyi paytaxt ərazisində hüquqazidd əməllərin, o cümlədən hazırlanan, törədilən cinayət faktlarının açılması, qarşının alınması və araşdırılmasına nəzarətin həyata keçirilməsini təmin etməklə, bütün zəruri əməliyyat-istintaq xidmətlərinin, həmçinin rayon polis orqanlarının bu istiqamətdə tədbirlərinin görülməsini diqqət mərkəzində saxlayır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb







Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir







Evdə qal və əməliyyatları Müştəri Bank-la et!







XİN: Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək


Digər Avto-Moto xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.