# EVDƏQAL
# EVDƏQAL



05 May
2020
01:02
10820

05
May
01:02



B12 vitamini ilə zəngin məhsullar beyinin sağlamlığını qoruyur

B12 vitamini (kobalamin) çatışmazlığı insanı beyinin sağlamlığı ilə bağlı müxtəlif problemlərlə, məsələn, əqli yorğunluq, diqqətsizlik, yaddaşın itirilməsi ilə üzləşdirir. Beyinin sağlamlığını qorumaq üçün bu maddə ilə zəngin məhsullarla qidalanmaq lazımdır.

 XeberOxu.Az "MedikForum.ru"ya istinadla xəbər verir ki, B12 vitamini öz qrupunun mühüm nümayəndəsidir. O, orqanizmin bir çox funksiyalarına, o cümlədən maddələr mübadiləsinə, qan dövranına, DNT sintezinə təsir göstərir. Bu vitamin beyinin inkişafında da həlledici rol oynayır. Yüksək səviyyədə B12 vitamini beyinin funksiyalarını yaxşılaşdırır, yaddaşı gücləndirir. Yetərincə B12 vitamini qəbul etmək koqnitiv pozuntular riskini, məsələn, Altsheymer xəstəliyi riskini azaldır.

Lakin orqanizm B12 vitaminini müstəqil hasil edə bilmir. Odur ki, rasionda B12 vitamini ilə zəngin məhsullar olmalıdır. "Food.News" yazır ki, aşağıdakı məhsullarla qidalanmaq beyinin sağlamlığını qoruyur.

B12 vitamini ilə zəngin məhsulların siyahısına bu məhsullar daxildir:

subməhsullar(xüsusən qaraciyər, böyrək);

yüksəkkeyfiyyətli zülalla və beyinin struktur dəstəyini təmin edən omeqa-3 yağ turşusu tipi - DHA turşusu ilə zəngin sardina balığı;

yavan mal əti (gündə 150 qram yetərlidir);

kəpəkli dənli bitkilər - buğda, yulaf, darı;

beyinin sağlamlığı üçün dəyərli bəsləyici maddələr – zülal, fosfor və selenlə zəngin tuna balığı;

tərkibi selen mikroelementi ilə zəngin qida mayası;

təbii yoqurt, kəsmik və süd;

beyinin yaddaşla bağlı funksiyalarını yaxşılaşdıran D vitamini ilə zəngin yumurta.


 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri







TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb -VİDEO







Lerikdəki Büzeyir qalası qədim insan məskənidir







Beynəlxalq Türk Akademiyası yanında Türkologiya Kafedraları Şurasının iclası keçirilib


Digər Maraqlı xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.