Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Dek
2019
12:55
461

10
Dek
12:55



Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb -FOTO

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Xeberoxu.Az-a verilən məlumata görə, keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar, 37 yaşlı Xalid Hacızadə və 29 yaşlı Cəbrayıl İlyasov saxlanılıblar. Saxlanılan zaman hər iki şəxsin üzərindən narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı X.Hacızadə və C.İlyasov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduqlarını, narkotikləri isə X.Hacızadənin kirayə yaşadığı evdə saxladıqlarını etiraf ediblər. Polis əməkdaşları tərəfindən qeyd edilən evə keçirilən baxış zamanı isə oradan qabaqcadan satış üçün hazırlanmış bükümlərdə olan küllü miqdarda metamfetamin və heroin, eləcə də kibrit qutularında olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Parlament seçkilərində namizədlərin sayı məlum oldu: Ən çox namizəd hansı dairədəndir?







Şəki sakini müəmmalı şəraitdə ölüb







BNA Bakıdakı avtobus qəzası ilə bağlı məlumat yaydı







Bakıda bank əməkdaşı iş yerində öldü


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.