Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Dek
2019
02:37
670

11
Dek
02:37



“...Ştuxliklə münasibətlərimiz yaxşı deyil” - Rəhim Həsənov

“Hardasa bir ay bundan qabaq normativi verə bilməmişdim. Səhhətimdə bir az problem var idi. Qaçış testindən buna görə kəsilmişdim”.

Xeberoxu.Az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında FİFA referisi Rəhim Həsənov deyib. Bir müddət öncə fitness-testdən kəsildiyi üçün təqribən 1 ay müddətinə oyunlara təyinat almayan FİFA referisi artıq normativi verdiyini bildirib: “İki həftədir, normativi vermişəm. Artıq fəaliyyətdəyəm. Son 1 ayda təyinat almamağım testdən keçə bilməməyimlə bağlı idi”.

Təcrübəli hakim bu həftə Azərbaycan kubokunun 1/4 final mərhələsində keçiriləcək oyunlara təyinat alıb-almayacağı ilə bağlı bunları söyləyib: “Vallah, nəsə desəm, yalan olar. Təyinat işinə biz qarışmırıq. Bu, sırf departament tərəfindən tənzimlənir. Mən özümü hazır hiss edirəm. Normativi vermişəmsə, deməli, hər şey qaydasındadır”.

Həsənov son vaxtlar bir qədər kölgədə qalmasına da münasibət bildirib: “Siz deyirsizsə, deməli, elədir. Mənə də elə gəlir ki, kölgədə qalıram. Amma bunun nə ilə bağlı olduğunu deyə bilmərəm. Bu, komitəyə məxsus sualdır”.

FİFA referisi AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxliklə münasibətləri haqda isə bunları deyib: “Özümdə hər hansı geriləmə hiss etmirəm. Həmin hakiməm. Bu mövsüm 4 oyun idarə etmişəm. Şükür Allaha, hamısı yüksək səviyyədə olub. Yəqin, siz də görmüsüz. Qalan şeylərə qarışa bilmərəm. Bunlar komitədaxili məsələlərdir. Cəmi 4 oyuna təyinat almışamsa, deməli, Ştuxliklə münasibətlərimiz yaxşı deyil. Yəqin, buna görədir”.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Zəlzələ zonasından Azərbaycan vətəndaşlarının təxliyəsi başa çatıb -YENİLƏNİB







FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb







Xəzər dənizində zəlzələ olub







Tovuzda yas yerinin mağarı yandı.


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.