Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyun
2019
17:59
681

07
Iyun
17:59



BDU-da yapon şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib -FOTO

Elmi və cihaz avadanlıqlar təchizatı üzrə Yaponiyanın tanınmış “Tokyo Boeki RUS LLC” şirkətinin Baş direktorunun müavini Dmitriy Yurkovets və həmin qurumun satış üzrə meneceri Vitaliy Tinkov Bakı Dövlət Universitetində olub, Fizika Problemləri İnstitutu, Nanotexnoloqiyalar mərkəzi və Fizika fakultəsinin birgə seminarında iştirak ediblər.

BDU mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən Xeberoxu.az-a verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev seminarın əhəmiyyətindən danışıb və “Tokyo Boeki RUS LLC” şirkətinin yeni “Minimal FAB” yapon texnologiyasının elmi tədqiqatlarda, həmçinin tələbələrin və elmi işçilərin mikroelektronika sahəsində biliklərinin artırılmasında mühüm rol oynayacağını qeyd edib.

Adıçəkilən şirkətin Baş direktorunun müavini Dmitriy Yurkovets “Minimal FAB- yarımkeçirici sənayenin yaradılmasında yeni yanaşma” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, “Minimal FAB” daha az məsrəflə inteqral mikrosxemlərin, çiplərin, drayverlərin, müxtəlif altlıqlar üzərində optelektron cihazların yaradılması istiqamətində unikal bir sistemdir. D.Yurkovets sistemin üstünlüyü kimi onun çox sadə idarə olunması və çevikliyini göstərib, istənilən miqdarda tələb olunan məhsulu almağa imkan verdiyini qeyd edib.

Seminar iştirakçıları maraqlandıran çoxsaylı sualların cavablandırılması ilə başa çatıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az