Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 May
2019
19:06
690



BDU-nun Rus Mərkəzinin 10 illiyi ilə əlaqədar tədbir keçirilib -FOTO

Bakı Dövlət Universitetinin 100 və universitetin Rus Mərkəzinin 10 illik yubileyi ilə əlaqədar BDU-da “Azərbaycan-Rusiya humanitar münasibətlərinin inkişafı” adlı tədbir keçirilib.

Xeberoxu.az-ın məlumatına görə, rektor Elçin Babayev Azərbaycan-Rusiya münasibətlərindən, siyasi, mədəni, sosial sahədəki əməkdaşlıq əlaqələrindən bəhs edib. “Rus dünyası” Fondu tərəfindən BDU-da açılan Rus Mərkəzinin fəaliyyətindən danışan rektor mərkəzin əsas məqsədinin rus dili və mədəniyyətini təbliğ etmək, xaricdə rus dilinin tədris olunması proqramlarını dəstəkləmək, mədəniyyətlərarası dialoqun inkişafı və xalqlararası qarşılıqlı anlaşmanın güclənməsi istiqamətində müxtəlif fəaliyyətlərə imza atmaq olduğunu bildirib.

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikov Bakı Dövlət Universitetində Rusiya ilə elmi-humanitar əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. BDU-nun Rus Mərkəzi ilə səfirliyin əlaqələrindən məmnunluğunu ifadə edən səfir 10 illik yubiley münasibətilə təbriklərini çatdırıb, Azərbaycanın flaqman universiteti olan olan BDU-ya uğurlar arzulayıb, əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Rus Mərkəzinin müdiri Arzu Məmmədova mərkəzin fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Universitetin bir qrup əməkdaşı Rus Mərkəzinin işində fəal iştiraklarına görə Fəxri fərmanla təltif olunublar.

Tədbir BDU və Bakı Musiqi Akademiyasının birgə təşkil etdikləri konsert proqramı ilə yekunlaşıb.

Qeyd edək ki, tədbirdə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Petroviç Denisov, Rusiya (Sovet) ali məktəb məzunlarının Azərbaycan Assosiyasiyası İctimai Birliyinin sədri Üzeyir Əliyev, Bakı Musiqi Akademiyasının əməkdaşları da iştirak ediblər.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az