Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Dek
2019
20:26
351

02
Dek
20:26



BDU-nun beynəlxalq əlaqələri genişlənir

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetin 100 illik yubileyində iştirak etmiş Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun direktoru, tanınmış hüquqşünas alim, akademik Yuri Sergeyeviç Şemçuşenko və İnstitutun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru Hikmət Cavadovu qəbul edib.

Universitetdən Xeberoxu.Az-a verilən məlumata görə, görüşdə Bakı Dövlət Universiteti ilə Dövlət və Hüquq İnstitutu arasında elmi-tədqiqat və təcrübə mübadiləsini təşviq etmək məqsədi ilə, tədqiqatçıların qarşılıqlı səfərləri, birgə beynəlxalq konfranslar və tədqiqat layihələri, müştərək proqram və seminarların keçirilməsi müzakirə edilib.

Universitetin 100 illik yubiley tədbirlərində həmçinin Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin rektoru, professor Christian Tietje və Beynəlxalq iqtisadi hüquq kafedrasının müdiri, professor Azər Əliyev, Fransanın Lion-2 Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, professor Jim Walker və Hüquq fakültəsinin dekanı, professor Guillaume Protiere də iştirak ediblər.

Bakı Dövlət Universiteti ilə Martin Lüter adına Halle-Vittenberq Universiteti arasında imzalanmış Sazişə əsasən hüquq sahəsində birgə doktorant hazırlığı həyata keçirilir və rektor Christian Tietje yubiley tədbirində çıxışı zamanı Hüquq fakültəsinə bir təqaüd proqramının ayrıldığını səsləndirib. Fransanın Lion-2 Universiteti ilə “Əqli mülkiyyət hüququ” magistratura ixtisaslaşması üzrə imzalanmış Niyyət Protokoluna əsasən 2020-ci ildən etibarən bu istiqamətdə birgə kadr hazırlığlı həyata keçiriləcəkdir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb







Mingəçevirdə iki minik maşını toqquşub-FOTO







Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb







Bakıda biabırçılıq - Kişi arvadını polis zabiti ilə yataqda tutdu - VİDEO/


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.