Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Noy
2019
05:16
781

02
Noy
05:16



BMW yenidən Mercedes-Benz-ə sataşıb və layiqli cavab alıb

BMW şirkətinin amerikan bölümü Twitter social şəbəkəsində bayram zarafatı dərc edərək “əzəli dostu” Mercedes-Benz şirkətinə “ilişib”. Əlbəttə ki, əks tərəfin cavabı gecikməyib.

Ən maraqlısı odur ki, BMW dizaynerlərinə bir sıra nüanslarla həddən ziyadə aludə olduqları barədə şirkətin alıcıları deyil, birbaşa rəqibi işarə edib. Bavariyalılar sosial şəbəkədə BMW avtomobilinin təsviri olan çexol ilə örtülmüş Mercedes-Benz modelinin şəklini yerləşdiriblər. Şəkil - “İndi istənilən avtomobil özünün sevimli superqəhrəmanın paltarını geyinə bilər”, - sözləri ilə müşayət olunub. Tviti #HappyHallowen #BMW həştəqləri və @MercedesBenzUSA hesabı ilə komplektləşdiriblər. Tvit dərc ediləndən 1 saat sonra ştutqartlılardan cavab gəlib. Cavab tviti belə olub: “Yaxşı cəhddir, BMW USA. Bu, həqiqətən də qorxulu kostyumdur. Xüsusən də radiator barmaqlığı...”. Bu barədə Autograph yazıb. 

Bununla iki bölmənin “atışması” sona çatıb, çox güman ki, BMW şirkətinin amerikan bölməsi layiqli cavab tapa bilməyib. Həqiqətən, bir çoxları bavariyalı dizaynerləri radiator barmaqlığı ilə həddən ziyadə aktiv şəkildə eksperiment apardıqlarına görə məzəmmət edirlər. Radiator barmaqlığı BMW X7 krossoverinin peyda olması ilə böyüməyə başlayıb, sonra isə BMW 7 Series bayraqdar sedanın yenilənmiş versiyası debüt edib. Bəzi konseptlərdə isə firma “burunlarının” ölçüsü təsəvvür edilməz ölçülərə çatıb. Eyni zamanda, BMW markasının şef-dizayneri Ədrian van Hoydonk dizaynın təkamül istiqamətinin şirkətin strategiyası və taktikasına uyğun gəldiyini, həmçinin bavariya avtomobillərinin dizaynının dəyişməsinin vacib olduğunu bildirib.


Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Biləsuvarda içərisində 38 ton benzin olan yanacaqdaşıyan avtomobil yanıb, ölən var (VİDEO)







Bu şadlıq saraylarında manqalların istifadəsinə qadağa qoyuldu - SİYAHI







Azərbaycanda 15 dərəcə şaxta olub - FAKTİKİ HAVA







Bakıda “Araz” marketə basqın oldu: İki işçi bıçaqlandı


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az