13 Fev
2020
14:01
824

13
Fev
14:01



BSU-nun professoru Flora Naciyeva beynəlxalq simpoziumda iştirak edib

Bu günlərdə Belarus Respublikasının paytaxtı Minsk şəhərində Belarus İnformasiya Nazirliyinin, Belarus Yazıçılar İttifaqının, “Звязда” Nəşriyyat Evinin, “Мастацкая літаратура” Nəşriyyatının, Rusiya və Belarus İttifaqı Dövlət Daimi Komitəsinin, MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun birgə təşklatçılığı ilə “Yazıçı və zaman: ədəbiyyat mədəniyyətlər dialoqunun tərkib hissəsi kimi” mövzusunda beynəlxalq simpozium keçirilib.

Bakı Slavyan Universitetindən (BSU) Xeberoxu.az-a bildirilib ki, 27-ci Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində keçirilən simpoziumda Azərbaycanı Mədəniyyət Nazirliyi, “Azərnəşr”, “Şərq-Qərb” nəşriyyatları və Respublika Gözdən Əlillər Kitabxanası təmsil edib.

Simpoziuma dəvət alanlar sırasında Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professoru, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru Flora Naciyeva da olub. Professor Flora Naciyeva simpozium çərçivəsində “Yazıçı, kitab, zaman” adlı dəyirmi masada çıxış edib.
Qeyd edək ki, professor F.Naciyeva simpoziumda Beynəlxalq Yazıçılar və Publisistlər İttifaqının üzvü seçilib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.