23 Fev 2021
01:00
![]() |
23
Fev 01:00
![]() Bağdadın “yaşıl zona”sı raket atəşinə tutulub Bağdadın ictimai və siyasi mərkəzi sayılan yaşıl zona raket atəşinə tutulub. Bu barədə “Al Arabiya” telekanalı məlumat verib. Məlumata görə, İraq paytaxtının ABŞ səfirliyi də daxil olmaqla, dövlət qurumları və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi bu ərazisinə ən az üç raket atılıb. Onlardan ikisi zona daxilinə, üçüncüsü isə kənara düşüb. Hadisə nəticəsində insan tələfatının olmadığı bildirilib. Xatırladaq ki, Bağdadın mərkəzində möhkəmləndirilmiş və ciddi şəkildə qorunan bir ərazi olan yaşıl zona son aylar ərzində artıq ikinci dəfədir ki, roket və minaatanlardan hücuma məruz qalır. Qeyd edək ki, rəsmi Vaşinqton dəfələrlə İraqda fəaliyyət göstərən İran yönümlü silahlı qrupları paytaxta hücumlarda günahlandırıb. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar -Video
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb -VİDEO
Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb
Bakının məkəzində dörd naməlum şəxs oğlan və qızı döydü
|