13 Fev
2020
12:30
1360

13
Fev
12:30



Bakı İncəsənət Mərkəzində Zərnaz İmanzadənin fərdi qrafika sərgisi açılıb

Fevralın 12-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində memar-rəssam, Azərbaycan Memarlar İttifaqının üzvü Zərnaz İmanzadənin fərdi qrafika sərgisi açılıb.

XeberOxu.Az-ın məlumatına görə,  Sərgi barədə fikirlərini AZƏRTAC-a bölüşən Zərnaz İmanzadə bildirib ki, onun ən çox xoşladığı işi “Əvvəl və sonra” əsəridir. Burada o, uzun sürən xəstəlikdən sonra ölümlə üzləşən insan obrazı təsvir etməyə çalışıb. Qeyd edib ki, əsərdə həyatın gözəlliyi və ölümün necə bir məfhum olduğu əks olunub.

İlk dəfə rəssamın əl işləri ilə tanış olan mərkəzin direktoru Rafael Gülməmmədov deyib: “Zərnaz İmanzadənin işlərini görəndə çox sevindim, bu abstrak incəsənət nümunələri mənə zövq verdi. Bu əsərlər sərgilənməyə layiqdir”.

AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bildirib ki, memar-rəssamın yaradıcılığının genetik kodu təsviri sənət sahəsində özünü daha aydın şəkildə büruzə verir. Onun əsərlərində rənglərin və formaların qarşılıqlı əlaqəsini, bütövlüyünü təyin edən dolğun bir kompozisiya nəzərə çarpır. Bu, sırf mücərrəd formalara aid edildiyi kimi, şərtiliyə və mücərrədliyə meyil edən, tanına bilən fiqurlara da xasdır. Z.İmanzadənin qrafik işlərdə özünüifadə tərzi müəllifin yaradıcı duyğularının təcəssümü olan kompozisiyanın mükəmməlliyini göstərir.

Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi Elçin Əliyev bildirib ki, memarlıq praktikada iqtisadi məsələlərə bağlı olduğu üçün onlar özünü göstərə bilmir. Rəssamlıq isə azad bir fəaliyyət növüdür. O, memar rəssamı fərdi sərgisi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra memar Fərhad Mollazadə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Kübra Əliyeva, filologiya elmləri doktoru, professor Bahar Cəfərova çıxışlarında rəssamın daxili dünyasından söz açıblar. Qeyd ediblər ki, Zərnaz İmanzadə abstrakt bir rəssam olmasına baxmayaraq, onun palitrası çox rəngarəngdir və orada Azərbaycan mədəniyyəti tam əks olunur.

Qeyd edək ki, sərgi fevralın 16-dək ziyarətçilər üçün açıq olacaq.


 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.