RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



11 Iyul
2019
16:00
348



Bakı Ali Neft Məktəbinin tələbələri “CanSat Azərbaycan 2019” müsabiqəsində 2-ci yerin qalibi olub

"Azərkosmos" və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda növbəti dəfə tələbələr arasında keçirilən “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb.

XeberOxu.az-ın məlumatına görə, müsabiqədə iştirak etmiş komandalar final mərhələdə “Peyk modellərinin uçuş sonrası hesabatı”nı təqdim edib. Komandalar yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin meyarlarına uyğun olaraq qiymətləndirilib.

Qiymətləndirmənin yekununa əsasən 2-ci yerin qalibi Bakı Ali Neft Məktəbinin “Can of Duty” komandası olub. Ali Məktəbi müsabiqədə həmin komandanın üzvləri, Proseslərin avtomatlaşdırılması mühəndisiyi ixtisasının III kurs tələbəsi Fərid Həmidov, IV kurs tələbələri Rüstəm Həsənov, Mirəkrəm Ağalarov və Hüseyn Nəcəfov təmsil edib.

“Cansat Azərbaycan 2019” model peyk müsabiqəsi bu ilin yanvar ayından etibarən elan edilib və müsabiqədə ölkənin 15 universitetindən 38 komanda qeydiyyatdan keçib.

Artıq ikinci ildir ki baş tutan “CanSat Azərbaycan” müsabiqəsinin keçirilməsi ölkə gənclərinin kosmik texnologiyalar sahəsinə marağının artırılmasına xidmət edir, eləcə də, müsabiqə qaliblərinə gələcəkdə Azərbaycanı bu cür beynəlxalq yarışlarda layiqincə təmsil etmək imkanı verir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az