Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



19 Sen
2020
13:50
16659
19
Sen
13:50



Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib

Türkiyənin tarixi Kapadokya bölgəsində keçirilən Beynəlxalq Turizim Filmləri Festivalında Bakı Media Mərkəzinin istehsalı olan, mərkəzin rejissoru Fuad Quliyevin “My Country-Azerbaijan”- “Mənim Ölkəm- Azərbaycan” tanıtım filmi ölkə nominasiyası üzrə "Gold Award"-“Qızıl Mükafat”-a layiq görülüb.

Bakı Media Mərkəzindən XeberOxu.Az-a verilən məlumata görə, tanıtım filmində Azərbaycanın tarixi, təbiəti, turizm imkanları, mədəniyyəti, və mətbəxi tərənnüm olunur. Hər bir turist bu filmdə özü üçün doğma çalarlar da tapa bilər. Məqsəd hər kəsə onun üçün vətən deyə biləcəyi ölkənin əsas cizgilərini göstərməkdir. Qeyd edək ki, Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyevin tanıtım filmləri davamlı olaraq müxtəlif beynəlxalq festivallarda geniş auditoriyaya təqdim olunub və həmin festivalların təcrübəli mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib. 2018-ci ildə Bakı Media Mərkəzinin istehsalı olan, mərkəzin rejissoru Fuad Quliyevin "The Spirit of Azerbaijan - Azərbaycan ruhu" tanıtım filmi də Beynəlxalq Turizim Filmləri Festivalının xüsusi mükafatına layiq görülmüşdü. Həmin qısametrajlı reklam filmində Azərbaycan mədəniyyəti, incəsənəti və arxitekturası yüksək zövqlə tərənnüm edilir.

Beynəlxalq Turizim Filmləri Festivalında qalib gələn “My Country-Azerbaijan”- “Mənim Ölkəm- Azərbaycan” tanıtım filminə siz Bakı Media Mərkəzinin rəsmi səhifəsində izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=bgvtrGtHJ1s

Qeyd edək ki, Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinə (CIFFT) bağlı 20 üzv ölkədə 30 ildir keçirilən “Beynəlxalq Turizm Filmləri Festivalı” bu il Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə reallaşır. Festivalda bu il 18 ölkədən 45-ə yaxın rejissor və turizm mütəxəssisi iştrak edir. Pandemiya şəraitinə görə xüsusi qaydalarla keçirilən festivalda film nümayişləri 16-18 sentyabr tarixlərində Nevşehir Qalasında açıq havada baş tutub.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Prezident İlham Əliyev: Əgər onlar atəşkəsi pozmasaydılar bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı







Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşüb







Birinci vitse-prezident Mehriban Əliyeva: Pandemiyaya qarşı müharibə hələ davam edir







Azərbaycanın Rusiyadakı səfirliyi "Pobeda" aviaşirkətinin azərbaycanlılara qadağasını araşdırır


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.