RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



11 Iyul
2019
15:51
426



Bakı-Qazax yolunda "KamAZ" sürücüsünün ölümü ilə bağlı cinayət işi başlandı

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

XeberOxu.az-ın məlumatına görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, hadisə Bakı-Qazax-Rusiya sərhədi yolunun 147-ci kilometrliyində, yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib. Kəlbəcər rayonundan olan məcburi köçkün, Gəncə şəhərində müvəqqəti məskunlaşan, 1976-cı il təvəllüdlü Ağayev Fikrət Əvəz oğlu idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və eyni istiqamətdə qarşıda hərəkətdə olan 1963-cü il təvəllüdlü Gəncə şəhər sakini Cəlalov Arif Əmrah oğlunun idarə etdiyi "MAZ" markalı dartıcının arxasında olan yarımqoşquya çırpılıb.

Hadisə nəticəsində "KamAZ" markalı yük maşınının sürücüsü yerindəcə keçinib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az