XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



16 Noy
2021
15:25
5714
16
Noy
15:25



İranın qadınlar üzrə futbol millisinin üzvü Zöhrə Kudayi kişidir, yoxsa qadın?

İranın qadınlar üzrə futbol yığması sentyabrın 27-də baş tutan İran – İordaniya qarşılaşmasında qolsuz bitən oyunun penaltilərində 4:2 hesabı ilə İordaniya üzərində qələbə qazanaraq, 2022-ci il Asiya Millətlər Kuboku yarışlarına lisenziya hüququ əldə edib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, İordaniya Futbol Federasiyasının sədri Əli bin Əl-Hüseynin İranın qadınlar üzrə millisinin qapıçısının kişi olduğunu iddia edərək Asiya Futbol Konfederasiyasının bununla bağlı araşdırma aparmasını tələb etməsindən sonra İranın qadınlar üzrə futbol millisinin baş məşqçisi Məryəm İrandust bu məlumatların yalan olduğunu deyib.

İrandust qeyd edib ki, həkim heyəti bu kimi problemlərin qarşısını almaq üçün komandanın hər bir üzvünü hormonal testdən keçiriblər.

“Bütün azarkeşlərə demək istəyirəm ki, qətiyyən narahat olmasınlar. Biz vaxt itirmədən lazımi sənədləri Asiya Futbol Konfederasiyasına göndərəcəyik”, - deyə o əlavə edib.

Xanım Kudayinin özü isə “Mehr” xəbər agentliyinə açıqlamasında ailəsini dolandırmaq üçün futbolla yanaşı, dülgərliklə də məşğul olduğunu deyib.

“Bir çox futbolçular kimi, mən də böyük əziyyətlər çəkmişəm, bir sıra əlavə işlərlə, o cümlədən dülgərliklə məşğul olmuşam və ailəmə maddi cəhətdən köməklik göstərməyə çalışmışam”, - deyə o qeyd edib.

Habelə o, futbol karyerası və gələcəyi ilə bağlı bunları deyib:

“Böyük hədəflərim var və onlara çatmaq üçün hər şeyi edəcəyəm. Arzum Millətlər Kubokunun finalında da uğur qazanmaq və dünya çempionatının lisenziyasını əldə etməkdir. Bu yarışlar bütün oyunçular üçün başlanğıc nöqtəsinə çevrildi və ümid edirəm ki, bizim böyük məqsədlərimiz həyata keçəcək”.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər Maraqlı xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.