![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
12 Dek 2021
14:40
![]() |
12
Dek 14:40
![]() Azad edilmiş ərazilərdə 150 abidə yeni aşkarlanıb “İşğaldan azad olunan ərazilərimizdə ötən ilin noyabr ayından etibarən tərəfimizdən 400-dən çox tarixi-mədəni abidə aşkar edilib”. Bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, onlardan 150-si reyestrdə olmayan, yeni aşkar edilmiş abidələrdir:“Eyni zamanda, monitorinqlər zamanı 800-dən çox musiqi məktəbi, teatr, kitabxana və digər mədəniyyət müəssisələrinin qalıqları aşkarlanıb. Monitorinqlərin nəticələri göstərir ki, azad edilmiş ərazilərimizdəki tarixi-mədəni abidələrimizin 95 faizi dağıdılıb. Monitorinqlər hələ davam edir, çünki elə ərazilər var ki, relyef baxımından, yaxud da minalara görə bizim mütəxəssislər ora gedib çıxa bilməyiblər. Müvafiq işlər davam etdirilir və təsnifatlandırıldıqdan sonra nəticələri beynəlxalq qurumlara göndərib, Ermənistanı beynəlxalq məsuliyyətə cəlb edəcəyik”. Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb
Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var
Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB
|