XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



14 Dek
2021
16:13
3379
14
Dek
16:13



Xoreoqrafiya Akademiyasının bir qrup əməkdaşı rektor əvəzindən nazirə şikayət edib

Bakı Xoreoqrafiya Akademiyasının təhlükəsizlik səbəbindən adlarının çəkilməsini istəməyən bir qrup əməkdaşı mədəniyyət naziri Anar Kərimova açıq məktub ünvanlayıblar.

"Report" xəbər verir ki, məktubda müvəqqəti olaraq rektorun səlahiyyətlərini icra edən Nailə Məmmədzadənin akademiyanın professor-müəllim, inzibati və texniki-köməkçi heyətinin bir sıra nümayəndəsinə qarşı qərəzli mövqe nümayiş etdirdiyi iddia olunur.

Şikayətdə qeyd edilib ki, akademiyada mütəmadi olaraq iclas adı ilə toplantılara çağırılan əməkdaşların üstünə hücum çəkilir: "Əvvəlki rəhbərliklə çalışan əməkdaşlar Nailə Məmmədzadənin rektor əvəzi seçildiyi gündən əsassız olaraq Əmək Məcəlləsinin ən xoşagəlməz maddələri ilə işdən azad olunacaqları ilə hədələnir. Bununla yanaşı, illər boyu əməkdaşların onsuz da az olan əməkhaqları bir az da azaldılaraq, rəhbərlikdə təmsil olunan şəxslərin rəfiqə, qohum və dostları qismində yeni təyin olunanların məvaciblərinə iki, üç və hətta dördqat həcmdə əlavə olunur.

Nailə Məmmədzadə

Əmək Məcəlləsində nəzərdə tutulan 8 saatlıq iş günü çərçivəsində laborant və operatorlara şişirdilmiş dərs yüklərinin verilməsi və bundan irəli gələn maliyyə pozuntuları, eyni zamanda, tədris işləri üzrə prorektor vəzifəsini icra edən Yeganə Tapdıqova, tədris şöbəsinin müdir müavini Mirələskər Aslanov, eləcə də kollecin direktoru Tahir Eynullayevin iş günü ərzində akademiyada cəmi 2-3 saat olması və başqa təhsil müəssisələrində digər işlərlə məşğul olmaları Bakı Xoreoqrafiya Akademiyasında təlim-tərbiyə və tədris prosesinin kobudcasına pozulmasına gətirib çıxarıb”.

Məsələ ilə bağlı Bakı Xoreoqrafiya Akademiyasından "Report"un sorğusuna cavab olaraq bildirilib ki, akademiyanın rəhbərliyi və kollektivi ilə bağlı yazılanların heç biri həqiqəti əks etdirmir: "Bütün qeyd olunan məqamlar böhtan xarakterlidir".

Mədəniyyət Nazirliyi akademiya əməkdaşlarının şikayəti ilə bağlı sorğunu cavablandırmayıb.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb








Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var








Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb








Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB



Digər Əmlak xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.