![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
01 Yan 2022
12:29
![]() |
01
Yan 12:29
![]() Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB Hacıqabul rayonunda zəncirvari qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb. “Report”un Aran bürosunun məlumatına görə, qəza nəticəsində Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələkbər oğlu ölüb. Hazırda 7 yaralının adları məlumdur, 6 nəfərin şəxsiyyəti isə dəqiqləşdirilir. 11:13Hacıqabul rayonunda zəncirvari qəzada xəsarət alanların sayı 7 nəfərə çatıb. “Report”un Aran bürosunun məlumatına görə, bunlar Sabirabad rayon sakinləri - 2007-ci il təvəllüdlü Ələkbərov Fəxri Cəlil oğlu, 2005-ci il təvəllüdlü Əliyev Xəyyam Əyyam oğlu,1994-cü il təvəllüdlü Məmmədova Rüfanə Mehman qızı, 2019-cu il təvəllüdlü Həsənli Əsmər Həsən qızı, 1977-ci il təvəllüdlü Ələkbərov Elmir Ələkbər oğlu, Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü Vəliyeva Mahirə Vaqif qızı, 1968-ci il təvəllüdlü Həsənov Fəxrəddin İsmayıl oğludur. 11:13Hacıqabul rayonunda 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var. "Report"un məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Şirvan şəhəri ilə Hacıqabul rayonu ərazisinin kəsişdiyi körpüdə qeydə alınıb. İlkin məlumata görə, zəncirvari qəza zamanı 20 maşın toqquşub. Nəticədə 1 nəfərin öldüyü, 4 nəfərin isə xəsarət aldığı bildirilir. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb
Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var
Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB
|
|