![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
02 Yan 2022
14:03
![]() |
02
Yan 14:03
![]() Baş Prokurorluğun əməkdaşları veteran Firudin Məmmədovu ziyarət ediblər Baş Prokurorluğun əməkdaşları uzun illər prokurorluq orqanlarında məsul vəzifələrdə işləmiş Firudin Məmmədovun 85 illik yubileyi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə onun yaşadığı mənzilə gələrək Baş Prokurorluğun rəhbərliyi adından yubilyarı təbrik edib, ona uzun ömür, möhkəm can sağlığı arzulayıblar. Xeberoxu.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir kİ, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daim prokurorluq orqanlarına hərtərəfli diqqət və qayğının göstərildiyi vurğulanmaqla qurumun fəaliyyətində səmərəliliyin artırılması istiqamətində görülən işlər, cəmiyyətimizin və dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdən söhbət açılıb. Təbriklərə görə təşəkkürünü bildirən Firudin Məmmədov uzun illər xidmət keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək ona göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını ifadə edib. Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb
Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var
Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB
|