"Oğlum və qızım mənim evimdə yaşayır" - Cavanşir Məmmədov
"Oğlum, qızım hamımız bir evdə yaşayırıq. Yatanda hamı öz otağına keçir. Mənim bacım, qardaşım olmayıb. Ev şəraitini elə seçmişəm ki, hamı yanımda olsun. Bir də insan tək olanda qəmə köklənir. Amma ətrafında çox adam olanda xəstələnəndə biri gəlir dərman verir, başını ovxalayır".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Üzə düz" proqramında deyib. Müğənni ailəsi ilə bağlı etiraflar edib. Gəlinindən danışan Məmmədov evdə qoyduğu qadağalardan bəhs edib:
"Gəlinim iki həftədən bir oğluma deyir ki, olar atam evinə gedim. Bu qanunu biz qoymuşuq. Hərdən yoldaşıma da deyirəm ki, get qardaşıngilə. Fikri dağılsın. İnsan bir-birindən doymamalıdır. Bir gün oğluma dedim ki, heç həyat yoldaşınla dalaşmırsız? Bir yerdə yaşamaq çox çətindir. Elə etməlisən ki, hamı səndən razı qalsın".
Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.